Ukraynada keçmiş qubernator həbs edilib
Bizi izləyin

Dünya

Ukraynada keçmiş qubernator həbs edilib

Ukraynada Luqansk vilayətinin keçmiş qubernatoru Oleksandr Yefremov həbs edilib.

Baş prokuror Viktor Şokin fevralın 15-də Kiyevdə bəyan edib ki, Yefremov səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Yefremov keçmiş prezident Viktor Yanukoviçin tərəfdarlarından biridir.

Yanukoviç 2014-cü ilin fevralında Rusiyaya qaçandan sonra Yefremov onu və prezident administrasiyasındakı məsləhətçiləri ölkədəki qarmaqarışıqlıqda günahlandıran bəyanat vermişdi. Yanvarda Ali Radadan olan deputat prokurorluğa müraciət edərək Yefremovun Ukraynanın şərqindəki separatçılara maliyyə yardımı göstərməsinin araşdırılmasını tələb etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm