Dünya
Liviya neft hasilatını dayandıra bilər
Liviyanın Milli Neft Korporasiyası (National Oil
Corporation, NOC) hərbi münaqişə səbəbindən özünün bütün
yataqlarında neft hasilatını dayandıra bilər.
Neft yataqlarına silahlı basqınlar kimi insidentlər kompaniyanın
texniki işçilərinin həyatına təhlükə yaradır. “Biz əməkdaşların
təhlükəsizliyinin təminatında çətinlik çəkirik. Neft yataqlarında
onları hücumlardan qorumaq üçün mühafizənin sayı yetəri qədər
deyil” – kompaniyanın yaydığı məlumatda bildirilir.
Milli Neft Korporasiyası, həmçinin Müdafiə Nazirliyini yataqları
hücumlardan qorumaq üçün müvafiq tədbirlər görməyə çağırıb və bu
cür insidentlərin təkrarlanacağı təqdirdə bütün neft yataqlarında
əməliyyatları dayandıracağını elan edib.
OPEC-in üzvü olan Liviya Afrikada ən iri neft yataqlarına sahibdir.
Ölkədə münaqişə başlanmazdan əvvəl, 2011-ci ilin fevral ayında
sutkalıq neft hasilatı 1,6 milyon barrelə çatırdı. 2014-cü ildə
hasilat sutkada 430 min barreldən bir qədər çox olduğu halda,
2015-ci ilin yanvar ayında azalaraq sutkada 350 min barrelə qədər
enib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər