Yunanıstana ultimatum verildi
Bizi izləyin

Dünya

Yunanıstana ultimatum verildi

Avro zonasına daxil olan ölkələlərin maliyyə nazirləri Afinanın kəskin etirazlarına baxmayaraq, iqtisadi yardım proqramının uzadılması haqda müraciətlə bağlı Yunanıstana ultimatum verib.

Publika.az-ın məlumatına görə, iclasa sədrlik edən Hollandiyanın maliyyə naziri Yeroen Disselbloem Brüsseldə nəticəsiz danışıqlardan sonra deyib ki, Yunanıstanın razılığa gəlmək üçün həftənin sonuna qədər vaxtı var.

“Ümid edirəm ki, onlar proqramın müddətinin uzadılmasını istəyəcək və bunu etsələr, proqramın yüngülləşdirilməsinə imkan yarada bilərik,” deyə o bildirib. Maliyyə nazirin sözlərinə görə, "hər şey Yunanıstanın özündən asılı olacaq."

Yunanıstan hökuməti bu variantı qəbul etməyərək, iqtisadi yardım paketinin şərtlərinin ölkəni yoxsulluğa sürüklədiyini bildirib.

Rəsmi Afina proqramın uzadılması haqda müraciət etsə, avro zona ölkələrinin maliyyə nazirləri iqtisadi yardım paketinin şərtlərinin yüngülləşdirilməsinə dair variantları müzakirə etmək üçün cümə günü daha bir görüş keçirəcək. Daha bir variant isə Yunanıstanın avro zonasından çıxmasına məcbur edilməsi ola bilər.

Yunanıstan və Avropa kreditorları Afinanın ölkə üçün iqtisadi yardım paketinə yenidən baxılmasına dair müraciətini müzakirə etmək üçün Brüsseldə bazar günü danışıqlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm