Çexiyaya üz tutan qaçqınların sayı artıb
Bizi izləyin

Dünya

Çexiyaya üz tutan qaçqınların sayı artıb

Ötən illə müqayisədə bu il Çexiyaya gələn qaçqınların sayı artıb.

Publika.az-ın məlumatına görə, əsasən Macarıstandan və ya Slovakiyadan qeyri-leqal yolla Çexiyaya gəlmiş qaçqınların sayı 173 nəfər olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 9 olub.

Hadisələrin böyük əksəriyyətində söhbət Almaniyada bəxtini sınamaq istəyən kosovolulardan və Suriya qaçqınlarından gedir. Polis bölmələrində həmçinin dörd nəfər saxlanılır ki, hazırda polislər onları Şengen ölkələrinin sərhədlərini keçməyə yardım göstərməkdə ittiham etmək niyyətindədir.

Cənubi Moraviya polisinin mətbuat katibi Pyotr Vedrovun sözlərinə görə, qeyri-leqalların sayının artması ölkədə 2014-cü ilin noyabrından müşahidə olunmağa başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm