Dünya
Jirinovskidən Ermənistan həqiqətləri
“Rusun Ermənistanda gizlənməsi çətin məsələdir –
Ermənistan monoetnik ölkədir, rusu orada dərhal görəcəklər. Rusiya
isə çoxmillətli ölkədir, bizdə gəlmələr o qədər də
seçilmir”.
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski
bu sözləri Rusiya və Ermənistan vətəndaşlarının bu iki dövlət
ərazisində olması qaydası haqqında ikitərəfli sazişin ratifikasiya
olunması məsələsi Rusiya parlamentində müzakirə edilərkən
söyləyib.
V.Jirinovski fikrini izah edərək deyib: “Biz bu sazişi
ratifikasiya edirik. Lakin gəlin sual edək: bu halda ölkəmizə gələn
cinayətkarların sayı artmayacaqmı? Axı qonşu dövlətlərdən Rusiyaya
cinayətkarlar axını sürətlənir. Belə şəraitdə qeydiyyat qaydalarını
yumşaltmaq lazımdırmı?”
Jirinovski təəssüflə qeyd edib ki, Rusiya öz qonşuları ilə
münasibətlərdə keçmişin ən pis təcrübəsini təkrarlayır.
RLDP lideri deyib: “Rusiya SSRİ deyil və yenidən uşaq oyunu
oynamağa başlamaq və vahid valyutanı, hamı üçün ümumi vətəndaşlığı
qaytarmağa çalışmaq lazım deyil. Mənə belə gəlir ki, Gömrük
İttifaqı və Avrasiya İqtisadi İttifaqı yalnız Qazaxıstanın,
Belarusun və Ermənistanın xeyrinə olacaq. Biz SSRİ-nin təcrübəsini
təkrar edirik – hər şey Rusiyanın hesabına olur. Bu müqavilə yalnız
ermənilərin Rusiyaya gəlməsinə və qeydiyyata alınmamasına imkan
verilməsi barəsindədir. Bu artıq dördüncü ölkədir ki, biz onun
barəsində qeydiyyatla bağlı məhdudiyyətləri götürürük. Bu,
yaxşıdır, yoxsa pis? Yəqin ki, perspektivdə pis olacaq. Bu cür
siyasət bizim ölkəmizə gələn cinayətkarların sayını
artırmayacaqmı?
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO