• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rus yazıçıdan Putinə ittiham: “Rusiyanı biabır etmə!”

  • Dünya
  • 26 Fevral 2015 11:28
  • 1 224 Baxış
Rus yazıçıdan Putinə ittiham: “Rusiyanı biabır etmə!”

Məşhur Rusiya yazıçısı, dissident Vladimir Voynoviç ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, yazıçı Putinə özünü biabır etməməyə çağırıb.

Vladimir Voynoviç hesab edir ki, ukraynalı pilot həbsxanada aclıqdan ölə bilər: “Tamamilə mümkündür ki, gənc Ukrayna qəhrəmanı Nadejda Savçenko Rusiya həbsxanasında ölsün. Mümkündür ki, bu, sizin elektoratınızın hisslərini təhqir etməsin. Amma pilotun ölümünün dünyanın ictimai rəyinə necə təsir edəcəyini düşünməlisiniz. Tamamilə mümkündür ki, dünya ictimaiyyəti bu hadisəyə Krımın Rusiyaya birləşməsi və Donbas hövzəsindəki müharibədən daha kəskin reaksiya versin. İnsanlar belədir ki, bəzən bir insanın ölümü onları yüzlərlə insanın döyüş meydanlarında həlak olmasından daha çox silkələyir. Ölkə xaricində sizə və ölkəmizə münasibət hazırda arzuolunmazdır. Savçenkonun ölümündən sonra münasibət daha da pisləşəcək. O zaman Qərb ölkələrində görünməsəniz yaxşıdır. İnsanlar sizi təhqir edəcəklər, üstünüzə pis qoxuyan şeylər atacaqlar. Savçenkonun haqqında əfsanələr qoşacaqlar, kitabları yazacaqlar, filmlər çəkəcəklər və küçələri onun adı ilə adlandıracaqlar”.

“Zəhmət olmasa, artıq bu dəfə özünüzü və Rusiyanı biabır etməyin, bu qoçaq qadını həlak olmağa qoymayın”, - rusiyalı yazıçı sonda yazıb.

Qeyd edək ki, Moskva şəhərinin Basman rayon məhkəməsi ukraynalı pilot Nadejda Savçenkonun həbs müddətini daha 3 ay müddətinə uzadıb.

Nadejda Savçenko iyun ayının ortalarında Ukraynanın şərqində terrorçular tərəfindən əsir götürülüb. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları iddia edirlər ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb. Hadisənin şahidi olan “Forbes” jurnalının Rusiya təmsilçisi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşin qurbanı olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR