ABŞ İŞİD liderlərini məhv etdi, Bağdadi öldürüldü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

ABŞ İŞİD liderlərini məhv etdi, Bağdadi öldürüldü – SON DƏQİQƏ

Bu gün səhər saatlarında beynəlxalq koalisiyanın təyyarələri İraqın Suriya ilə sərhəd əl-Kaim rayonunda “İslam Dövləti”nin (İŞİD) 5 obyektinə hava zərbəsi endirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, operativ məlumatlara görə, hava zərbələri zamanı İŞİD-in liderləri öldürülüb.

Onların arasında İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin də olması istisna edilmir. “Reuters” agentliyinin verdiyi məlumata görə, toplam olaraq 17 İŞİD döyüşçüsü həlak olub.

“Al-Arabiya” telekanalın məlumatına görə, aviazərbələr nəticəsində İŞİD liderlərindən Əbu Müslüm Türkmani, Əbu Müslüm Çeçeni, Əbu Ubayda əl-Azaui və Tamer Muhammed məhv edilib. “NEWSru Israel” İsrail kəşfiyyatındakı mənbələrə əsasən xəbər verir ki, bombardman zamanı İŞİD lideri “xəlifə” Əbu Bəkr əl-Bağdadinin də həmin obyektlərdən birində olduğunu göstərir. Lakin onun ölüb-ölmədiyini dəqiqləşdirmək hələ mümkün olmayıb.

Qeyd edək ki, İŞİD liderinin ölməsi barədə məlumat dəfələrlə yayılıb. Lakin bu məlumatlar yalan çıxıb. ABŞ Əbubəkr Əl-Bağdadinin tutulması üçün 10 milyon dollar mükafat təyin edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm