Netanyahu: “İran həmişə Amerikanın düşməni olacaq”
Bizi izləyin

Dünya

Netanyahu: “İran həmişə Amerikanın düşməni olacaq”

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxış edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, baş nazir İranla nüvə razılaşmasından ABŞ-a xəbərdarlıq edib.

“Əgər İran təklif edilən şərtlərlə razılaşsa, o halda bu saziş İranın nüvə silahı əldə etməsinin qarşısını almayacaq. Saziş yalnız zəmanət verir ki, İran nüvə silahına malik olacaq”, - Netanyahu deyib.

Onun sözlərinə görə, İran iqtisadiyyatı neft qiymətlərin kəskin düşməsi ilə ciddi zərər çəkib və razılaşmanın şərtlərini yenidən gözdən keçirilməsi üçün Tehrana təzyiqi göstərmək olar. Netanyahu Tehrandan nüvə proqramı üzrə daha ciddi güzəştlərin tələb edilməsini təklif edib.

“İran yeni şərtlərlə razılaşsa, sanksiyaları ləğv etmək olar” deyən İsrailin baş naziri həmçinin bildirib ki, İran həmişə Amerikanın düşməni olacaq.

Qeyd edək ki, Konqresdə Netanyahunun çıxışı Demokratlar Partiyasının 59 üzvü tərəfindən boykot edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm