Dünya
Obama: "İsrailin baş naziri yeni söz demədi"
ABŞ prezidenti Barak Obama İsrailin baş nazirinin Konqres qarşısındakı çıxışına tənqidi münasibət bildirib. O, İsrail liderinin İranla bağlı mövqeyində yeni alternativlər irəli sürmədiyini deyib.
Publika.az-ın məlumatına görə, müxbirlərlə görüşü zamanı ABŞ dövlət başçısı Netanyahunun çıxışını dinləmədiniyi, yalnız çıxışın mətni ilə tanış olduğunu bildirib. Obama İsrailn baş nazirinin heç bir yeni söz demədiyini vurğulayıb.
ABŞ-ın İranla nüvə danışıqlarının vasitəçi rolunu müdafiə edən prezident razılığın İranı nüvə silahlarının istehsalından çəkindirəcək ən yaxşı yol olduğunu deyib. Prezidentin Netanyahunun Amerika səfərinə olan narazılığı onun vitse-prezident Co Baydeni Mərkəzi Amerika ölkələrinə göndərməklə də biruzə verib.
Eyni zamanda ABŞ Dövlət Departamenti İsrail liderinin dövlət katibi Con Kerrinin İranla bağlı fikirlərinə də yer verdiyini bildirib. Departament sözçüsü Jen Psaki deyib ki, Netanyahu Kerrinin İranın 190 min uran zənginləşdirilməsi sentrifuqasından ilin sonunadək istifadəsinə razılıq verildiiyini təsdiq etdiyini deyib. Netanyahu bunun İranı nüvə silahı əldə etməsinə yaxınlaşdırdığını deyib. Psaki Kerrinin belə bir şey demədiyini bildirib. O, Kerrinin İranın elektrik istehsal edən nüvə obyektində 190 min və ya daha artıq sentrifuqasının olduğunu söylədiyini deyib.
İsrailin baş naziri ABŞ Konqresindəki çıxışının mübahisələrə səbəb olduğunu etiraf etsə də, Vaşinqton səfərinin siyasi mahiyyət daşımadığını deyib.
Benyamin Netanyahu qanunvericilərə ABŞ prezidenti Barak Obmanın dəstəyinə görə təşəkkürünü bildirib. O, bir baş nazir kimi ölkəsinin və xalqının gələcəyinin üzləşdiyi təhlükəyə-nüvə silahı istehsal etməyə can atan İranla bağlı narahatlığından bəhs edib.
Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beynerin Netanyahunu Amerikaya dəvət etməsi diplomatik təlatümə yol açıb.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO