• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Britaniyalı qızlar və İŞİD-in romantik gəncləri

  • Dünya
  • 6 Mart 2015 07:04
  • 782 Baxış
Britaniyalı qızlar və İŞİD-in romantik gəncləri

Britaniyada gənc qızlar İD-ə qoşulmaq üçün Suriyaya niyə yollanır? BBC-nin Newsnight programına danışan Ayşə adlı gənc britaniyalı müsəlman qadın deyir ki, YouTube videolarında cihadçı gənc kişilərin romantik görünüşü onun radikallaşmasında əsas rol oynayıb.

Britaniyalı qızlar cihada haqq qazandıran İslam ideologiyasını niyə dəstəkləyir?

İngiltərədə boya başa çatmış Ayşə (onun adı təhlükəziliyini qorumaq məqsədilə dəyişdirilib) deyir ki ekstermistlərlə ilk dəfə 16-17 yaşında tanış olub, onun təbirincə, hər şey internet saytlarından başlayıb.

Facebook şəbəkəsindən günlərin bir günü ona bir gənc kişi "Sən çox cazibədarsan" ismarışını göndərib. O, zaman Ayşənin heç 17 yaşı da olmayıb.

Həmin kişi davam edib: "Sən çox gözəlsən. İndi bu zinəti yad gözlərdən qorumaq, örtmək vaxtı yetişib".

Ayşənin təbirincə bu cür kəlmələri az qala sataşmaq cəhdi kimi də başa düşülə bilərdi, lakin o zaman bu cür yanaşma öz təsirini verdi.

"Sən artıq tanrıya, cənnət və cəhənnəmə inandığın vaxt, biri sənə deyir ki, bunu-bunu etməsən cəhənnəmə yollanacaqsan. Hər halda belə yanaşma nəticə verdi", - gənc qadın xatırlayır.

Məlumdur kı, öz-ozünü elan etmiş İslam Dövləti (İD) müsəlman qadınları öz tərəfinə çəkmək üçün üçün gənc döyüşçülərinin fiziki yaraşıqlığını reklam etməkdən belə çəkinmir.

Ayşə deyir ki, onun üçün ekstremizm ideologiyasının cazibədarlığı özü ilə həmişə müəyyən qorxu hissi də daşıyıb. Onun təbirincə, Youtube-da döyüşçülər həmişə olduqca cazibədar görünüb.

"Bunun, olduqca, məftunedici təsiri olub - səninlə eyni dinə-məzhəbə qulluq edəni tapmaq. Cihada çıxan həmin gəncə, nə qədər ki o sağ idi, ona qoşulmaq istəyi yaranırdı. O şəhid olandan sonra isə ona cənnətdə qovuşmaq istəyirsən", - Ayşə deyir.

Ayşə deyir ki, cihadçılara hələ İD tam güc olana qədər, İraq və Suriyada böyük əraziləri tutana qədər pərəstiş etməyə başlayıbmış. İD-dən əvəl onun pərəstiş etdikləri Əl-Qaidə və Əş-Şabab döyüşçüləri olub.

"Moizələr zamanı bizə deyirdilər ki, biz özümüzü britaniyalı hiss etməməliyik", - Ayşə davam edir.

Cihadçılar Britaniyanı kafir ölkə kimi, "müsəlmanların öldürüldüyü və müsəlmanlara düşmən ola" ölkə kimi təsvir edirdilər.

"Bu dövlətə, onun polisinə inanmaq olmaz, uşaqları dövlət məktəblərinə vermək olmaz", - cihadçılar gənc qadına deyir.

Onun təbirincə, britaniyalı qadınları isə cihadçılar "çirkin və kişiyəbənzər məxluqlar" kimi qələmə verirdilər.

Ayşə Britaniyanı düşmən kimi qələmə verən ektremist ideologiyasından imtina etdiyini bildirir.

Onun sözlərinə görə, ekstemist ideologiyası "qadınlara münasibətdə ədalətsizliyə yol verir", həmin ideologiyanın tərəfdarları "qeyri-müsəlmanları öldürməyi tələb edirlər".

Eyni zamanda o, bildirib ki, bir çox rəfiqələri "Cihadçı Con" adı ilə tanınan Britaniya vətəndaşı və İD döyüşçüsü Məhəmməd Emvazinin pərəstişkarlarıdır və onunla fəxr edirlər.

İD-nin yaydığı videolarda "Cihadçı Con"-un Qərb ölkələrindən girovları edam etdiyi əks olunub.

Britaniyalı müsəlman qızların cihad ideyalarını nəyə görə dəstəkləməsi sualı bu yaxınlarda 3 britaniyalı məktəbli qızın İD döyüşçülərinə qoşulmaq üçün gizli olaraq Suriyaya yola düşdüklərindən sonra gündəmə gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR