• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin Poroşenkonun məktubuna cavab verdi

  • Dünya
  • 6 Mart 2015 14:57
  • 534 Baxış
Putin Poroşenkonun məktubuna cavab verdi

Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenko ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenkonun məktubuna cavab verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Puskov bildirib.

O həmçinin əlavə edib ki, məktubun məzmunu açıqlanmır.

Qeyd edək ki, Ukrayna prezidenti məktubu rusiyalı həmkarına yanvarın 25-də yazıb. Pyotr Poroşenko hazırda Moskvada həbsxanada olan Savçenkonun azadlığa buraxılmasını tələb edib.

Rusiya prezidenti isə 2014-cü il dekabrın 18-də keçirilən mətbuat konfransının bildirib ki, günahsızlığı sübuta yetiriləcəyi halda ukraynalı pilot dərhal azadlığa buraxılacaq: “Hesab edirəm ki, Rusiya məhkəməsi uyğun olan qərarı qəbul edəcək və o, məhkəmənin qərarına uyğun olaraq cəzasını çəkəcək”.

Xatırladaq ki, N.Savçenko iyun ayının ortalarından Ukraynanın şərqində terrorçular tərəfindən tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.

Rusiya jurnalistlər Anton Voloşinlə Vladimir Kelyan iyunda Luqanskda odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisənin şahidi olan “Forbes” jurnalının Rusiya təmsilçisi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşin qurbanı olub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR