Dünya
Britaniyalılar ermənilərə atdı: "Air Armenia”ya yaxın duran yoxdur
Ermənistanın "Air Armenia” hava yolları şirkəti uçuşlarını nəzərdə tutduğu müddətdə bərpa edə bilməyəcək.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən uçuşların martın sonunda bərpa ediləcəyi barədə açıqlama verilsə də, bu mümkün olmayacaq.
Məsələ ondadır ki, aviaşirkətin səhmlərini alan Britaniya şirkəti maliyyə problemləri ilə qarşılaşıb.
Xatırladaq ki, "Air Armenia” oktyabr ayında uçuşları dayandırıb. Həmin vaxt şirkətin rəsmi məlumatında bildirilirdi ki, “Air Armenia” aviaşirkətinə Rusiya istiqamətində uçuşların həyata keçirilməsinə qoyulan qadağa ilə əlaqədar olaraq aviabiletlərin satışı 60 faiz aşağı düşüb. Bu qərar aviaşirkətdə ciddi maliyyə problemlərinə səbəb olub.
Bundan sonra maliyyə mənbələri axtaran aviaşirkət səhmlərinin 49 faizini Britaniyanın “East Prwspect Fund” şirkətinə satıb. Britaniya şirkəti ilə bağlanılan sazişə görə, “East Prwspect Fund” erməni aviaşirkətin fəaliyyətinin yaxşılaşdırılması üçün investisiyalar qoymalı və bir sıra proqramlar həyata keçirməli idi. Britaniya şirkəti isə maliyyə problemlərini əsas gətirərək sazişin yerinə yetirilməsini təxirə salıb.
“Beləliklə, düşünmək olar ki, aviaşirkətin təyyarələri bu ayın sonunda da səmaya qalxa bilməyəcək. Həmçinin qeyd edək ki, aviaşirkət əməkdaşlarına əmək haqları üzrə yaranan borcunu ödəməkdən imtina edir. Şirkət əməkdaşları onlara çatmalı olan pulu ala bilmirlər. Onlardan bəziləri şirkətə qarşı məhkəmə iddialarını təqdim ediblər”, - Ermənistanın “Jamanak” qəzeti yazıb.
Qeyd edək ki, "Air Armenia” 2003-cü ildə yaradılıb və yüklərin aviadaşıyıcısı kimi fəaliyyətə başlayıb. 2013-cü ildən isə müntəzəm sərnişin reyslərinin yerinə yetirilməsinə başlayıb.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO