• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Narkomaniyanın dəhşətli nəticələri: öncə və sonra – ŞOK FOTOLAR

  • Dünya
  • 12 Mart 2015 17:35
  • 2 499 Baxış
Narkomaniyanın dəhşətli nəticələri: öncə və sonra – ŞOK FOTOLAR

Heç vaxt! Heç bicə dəfə də! Bu, narkotikə aludə olan şəxslərin əvvəl və sonrakı fotolarına baxandan sonra insanın ağlına gələn ilk fikirdir. Fotolarda təqdim olunan insanlar həyatlarını narkotik və cinayətlərlə bağlayan şəxslərdir.

Narkomanların narkotikdən istifadə etməzdən əvvəl və sonra çəkdirdikləri fotolarda onların sifətlərində və bədənlərində olan dəyişiklik göz qabağındadır.

İnanmaq çətindir ki, kimsə narkotikin gətirdiyi bəlanı sakit qarşılaya bilər. Narkotiklərin qəbulu insanın bütün orqanlarına - ürək-damar, böyrək, qaraciyər, mədə-bağırsaq sistemlərinə, həyat əhəmiyyətli sistemlərə ciddi əks -təsir göstərir, sonsuzluğa imkan yaradır. Nəticədə insan ömrü 10-15 il qısalır. İnsanda psixi çatışmazlıqlar, adamsevməzlik, hər şeyə nifrət oyadan, qəmgin, kinli (qəzəbli), qıcıqlandırıcı, şübhəli, mərhəmətsiz - daşürəkli, yaşamağa həvəsi olmayan, səbəbsiz vahimə və qorxu müşahidə edilən hallar yaranır. Şəxsiyyətin formalaşmasında tənəzzülləşmə dövrü baş verir, intellekt sürətlə aşağı düşür, maraqlar primitivləşir, yaddaş zəifləyir, həyata maraq itir, doğmaları və dostları ondan uzaqlaşır - üz döndərir.

Narkomanlıq nəslin də inkişafına neqativ təsir edir. Uşaqlar kəmağıl, eybəcər və ciddi psixi qüsurlarla doğulurlar. Bütün bunlar zaman keçdikcə nəsildən-nəslə ötürülür. Narkomanlar üçün əxlaq və etik normaları mövcud olmur. Narkomaniyadan asılılıq nəticəsində şəxs özünə, cəmiyyətə və əhatəsində olanlara qarşı istənilən təhlükəli əməli, narkotik maddələri əldə etmək məqsədilə istənilən cinayəti törətməyə qadirdir. Bəzən dozanın dərəcəsindən asılı olaraq ölüm və yaxud intihar halları da baş verə bilir.

Narkotik maddələri qəbul edən şəxslərə, adətən, 3 əlamət xas olur: narkotik maddələr tərkibli preparatlara güclü aludəçilik, narkotikdən sərxoşluq vəziyyəti, abstinent sindrom (narkotik vasitələrin qəbul edilməsindən imtina, özünü saxlama, çəkinmə, pəhriz).

Bəzən bu maddəni bircə dəfə qəbul etməklə də narkomanlığa qurşanma mümkün olur. Gün ərzində həmin şəxsin şüurunda bihuşedici vəziyyət kök salır. Şəraitin qarşısını almaq və ya onu düzəltmək imkanı isə çətin olur. Bir az “təcrübəli” narkoman qeyd olunan keyfiyyətləri ətrafından gizlədə bilsə də, naşılar ağlını və hərəkətlərini azdıran halları gizlətmək əvəzinə, onun yedəyində gedir. Belə halları kənardan sezmək çətin olmur.

Fəaliyyətində əlaqələrin itməsi, qeyri-dəqiq hərəkətlərə yol verməsi, əl barmaqlarının əsməsi və s. xarakterik əlamətlərdir. Xəttin (yazı üslubun) pozulması, yerişində səndirləmə halları, bir tərəfdən digər tərəfə əyilmə, qəfil istiqamətini itirmə, bir mövzudan digərinə rahat keçmə, ağız boşluğunda köpüklənmə müşahidə oluna bilər. Narkomanın işığa qarşı reaksiyaları süst və ətalətli (key) olur. Belə vəziyyətdə nəbzin qırıq-qırıq olması, üzün qızarması və ağarması diqqəti cəlb edir. Bütün hallarda belə şəxslər həkim müayinəsinə məruz qalmalı, narkotik vasitələrin saxlandığı yerlər diqqətlə yoxlanılmalı, mənbə müəyyənləşdirilməli və narkotik maddələrin gətirilmə yollarının müəyyən edilməsi ətrafında təxirəsalınmaz işlər görülməlidir. Tərbiyəvi və maarifləndirici tədbirlərə çox vaxt ayrılmalı, nəzarət gücləndirilməlidir.

Təcrübə göstərir ki, narkomanlığın müalicəsi üçün xəstələrdən ciddi iradə tələb edilir. Narkomanların özləri müalicə üçün həkimə nadir hallarda müraciət edirlər. Daha çox narkomanın ailəsi həkimi axtarır və müalicəsi üçün çalışır. Müalicə həm ambulator, həm də stasionar qaydada keçirilə bilər. Müalicə ərəfəsində həkimdə xəstənin bir daha bu bəlaya mübtəla olmaması barədə inam yaranmalıdır. Lakin həkim narkomanı müalicə edərkən ilkin mərhələdə ciddi çətinliklərlə üzləşir. Fizioterapiyadan, psixoterapiyadan və bədən tərbiyəsindən həmişə ehtiyac olduğu qədər istifadə edilmir.

Publika.az narkotiklərdən istifadə edən şəxslərin istifadədən əvvəl və sonrakı fotolarını təqdim edir:

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR