Dünya
Rza Zərrab xəstəxanaya aparıldı
Türkiyəni sarsıdan 17 dekabr Böyük Rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrab saxlandığı Metris cəza evindən İstanbulun mərkəzindəki Şişli xəstəxanasına aparılıb. Bu haqda Hürriyet.com.tr saytı xəbər verir.
Xəbərdə bildirilir ki, Rza Zərrab böyrəküstü vəzlərində yaranan şişin tədqiq edilməsi üçün xəstəxanaya yerləşdirilib. Yada salaq ki, Rza Zərrab həbs edilərkən xərçəng xəstəsi olduğunu bildirmişdi. Zərrab demişdi ki, həbsinin ilk 4 günündə bədənindəki şişin 1 santimetrə qədər böyüdüyü ehtimalları var və o, təcili kimyaterapiya almalıdır. Ancaq sonradan bu xəbər təsdiq edilmədi. Onun həkimi “Yeni Müsavat”a açıqlamasında Zərrabın böyrəküstü vəzindəki şişin bədxassəli olmadığını bildirdi.
Hələlik Rza Zərrabın gecəni xəstəxanada keçirib-keçirməyəcəyi dəqiq bilinmir. Ona da vurğulayaq ki, bir sıra qaynaqlar Rza Zərrabın fevralın 25-nə qədər həbsdən azad ediləcəyini iddia edir. Ehtimal sırasında onun “xəstəliyinə görə” azadlığa qovuşacağı versiyası da var. /Musavat/
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO