Yunanıstanın baş naziri Moskvaya 1 ay tez gedəcək
Bizi izləyin

Dünya

Yunanıstanın baş naziri Moskvaya 1 ay tez gedəcək

Yunanıstanın baş naziri Aleksis Tsipras Moskvaya əvvəl nəzərdə tutulduğu kimi mayın 9-da yox, bir ay əvvəl-aprelin 9-da səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə martın 17-də Tsiprasın ofisi məlumat yayıb. Məlumata görə, bu barədə əvvəlcədən razılq əldə olunub.

Qeyd edək ki, Aleksis Tsipras martın 23-də Almaniya kansleri Angela Merkellə Afinaya beynəlxalq maliyyə yardımı ətrafında yaranmış vəziyyəti müzakirə etməlidir. Yunanıstan bu məsələyə yenidən baxılmasını istəyir.

Yunanıstan hökuməti beynəlxalq yardım əvəzində islahatlar aparmalı, qəti iqtisadi tədbirlər görməlidir. Amma yeni hökumət yardımın şərtlərinə yenidən baxılmasını təkid edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm