• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lavrov türklərin “müdafiəsinə” qalxdı

  • Dünya
  • 19 Mart 2015 03:01
  • 585 Baxış
Lavrov türklərin “müdafiəsinə” qalxdı

“Dnesteryanı konflikti ultimatum dili ilə həll edilə bilməz”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. O, Moldovada bəzi siyasətçilərin və qurumların heç də Avropa İttifaqı ilə assosiativ saziş tərəfdarı olmadığını bildirib: “Moldovadakı son hadisələr göstərir ki, ölkənin digər hissələrinin, xüsusilə Qaqauziyanın maraqlarını nəzərə almaq lazım gələcək. Problemlər toplanır və onları ultimatumlar irəli sürərək həll etməyi düşünmək gərək deyil. Biz Ukraynanın Dnestryanı konfliktini qaynar fazaya keçirməsində maraqlı olduğuna inanmırıq. İnanmıram ki, bu, kiminçünsə ağlabatan olar”.

Qeyd edək ki, bir müddət öncə Ukrayna və Rumıniya prezidentləri Dnestryanı konfliktinin donunun açılması ilə bağlı birgə hərəkət etməyin yolları haqqında müzakirə aparmışdılar. Onlar bu konfliktin həll edilməsi məsələsində Moldovaya yardım edəcəklərini bildirmişdilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR