Öcalan PKK-nı silahlı mübarizəyə son qoymağa çağırdı
Bizi izləyin

Dünya

Öcalan PKK-nı silahlı mübarizəyə son qoymağa çağırdı

Abdullah Öcalan PKK-nı Türkiyəyə qarşı silahlı mübarizəyə son qoymağa çağırdı.


Diyarbəkirdə Novruz bayramı münasibətilə keçirilən mərasimdə ömürlük həbs cəzası ilə Türkiyənin qərb sahilindəki İmralı adasının xüsusi həbsxanasında cəza çəkən kürd üsyançılarının lideri Abdullah Öcalan öz tərəfdarlarına müraciətində Türkiyə əleyhinə silahlı mübarizəyə son qoymağa səsləyib.


AZƏRTAC Anadolu Ajansına istinadən xəbər verir ki, müraciət türkcə və kürdcə səsləndirilib.


Bir milyona yaxın insanın iştirak etdiyi toplantıda bəyanatı türkcə Xalqların Demokratik Partiyasının nümayəndəsi Sırrı Süreyya Önder, kürd dilində isə Türkiyə Böyük Millət Məclisinin deputatı Pərvin Buldan çatdırıb.


Qeyd edəki ki, PKK Kürdüstanın müstəqilliyi uğrunda 30 il ərzində silahlı mübarizə aparıb. Münaqişə 40 mindən artıq adamın ölümünə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm