İŞİD-dən şok təklif: “Əsir pilotu bizə verin, yandıraq” - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-dən şok təklif: “Əsir pilotu bizə verin, yandıraq” - FOTOLAR

İŞİD terror təşkilatı Suriya ordusuna aid vertolyotu vuran “Əl-Nüsra” cəbhəsinə şok bir təklif verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iordaniyalı pilot Muaz əl-Kəsasbənini qəfəsə qoyub diri-diri yandıran İŞİD suriyalı pilotu istəyib.

“Əl-Qaidə” terror təşkilatına bağlı “Əl-Nüsra” cəbhəsinin üzvləri ötən gün İdlib şəhərində Suriya ordusuna aid bir hərbi vertolyotu vurub. Vertolyotdakı iki pilotdan biri hadisə yerində edam edilib, digəri isə əsir götürülüb. “Əl-Nüsra” adının Yusuf bin Vahid ən-Nəccar olduğu deyilən pilotun görüntülərini yayıb. Görüntülərdə girov alınan pilotun ağladığı görünür.

İŞİD terror təşkilatı iordaniyalı pilota etdiklərini suriyalı pilota da etmək istədiyini bildirib. Təşkilat “Twitter” vasitəsilə “Əl-Nüsra”ya etdiyi müraciətində “Kifayət qədər qəfəsimiz var. Onu bizə verin” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm