• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Çirkin qadınla evlənmək istəməyən kişi intihara cəhd etdi - FOTOLAR

  • Dünya
  • 28 Mart 2015 11:47
  • 674 Baxış
Çirkin qadınla evlənmək istəməyən kişi intihara cəhd etdi - FOTOLAR

Çinli bəy çirkin qadınla evləndirilməyə məcbur edildiyi üçün intihara cəhd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çinin Hubey əyalətində baş verib. Belə ki, polis göldə özünü batırmağa cəhd edən kişi haqda məlumat aldıqdan sonra hadisə yerinə gedib.

Polis hadisə yerinə çatdıqda göldə üzü üstə uzanmış vəziyyətdə qalan kişini xilas edib.

İntihara cəhd edən kişinin xilası üçün hətta yanğınsöndürmə heyəti də cəlb edilib. O, sudan çıxarılaraq xəstəxanaya aparılıb.

Sonradan isə özünə gələn kişi hərəkətini belə izah edib: “Ailəm məni xoşbəxt ola bilməyəcəyim çirkin bir qadınla evlənməyə məcbur edirdi. O səbəbdən də həyatıma son qoymağa qərar verdim”.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR