Andrey Kazansev: “Sünni-şiə savaşı Yaxın Şərqdə yeni dövlətlər yaradacaq”
Bizi izləyin

Dünya

Andrey Kazansev: “Sünni-şiə savaşı Yaxın Şərqdə yeni dövlətlər yaradacaq”

“Yaxın Şərqdə sünni və şiələr arasında bütün cəbhələrdə geniş qarşıdurma açıldı. Yəməndə də “sünni-şiə müharibəsi” gedir. Bu müharibənin tərəfləri yerli etnik icmalar yox, böyük dövlətlərdir. Hansı ki, sünni dünyasının lideri Səudiyyə Ərəbistanı, Qətər, şiə dünyasının lideri isə İran hesab olunur”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Kazansev Yəməndə baş verən qarşıdurmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qarşıdurma Suriya və Livanda olduğu kimi vətəndaş müharibəsinə səbəb ola bilər: “Bu gün İraqda İŞİD-in hələ də döyüşə bilməsinin əsas səbəbi yerli sünnilərin onu dəstəkləməsidir”.

Ekspert hesab edir ki, oxşar vəziyyət Yəməndə də yaranıb.

“Orda da sünni və şiə qarşıdurması yaranıb və belə vəziyyətlərdən həmişə radikal ekstremist qruplar qalib çıxır. Suriya və İraqda bu İŞİD, Yəməndə isə Əl-Qaidə formasında özünü göstərir. Təəssüf ki, İslam dünyasında belə qarşıdurmalar xəyali dövlətlərin yaranması ilə nəticələnir. Belə görünür ki, qarşıdakı dönəmdə biz yeni proseslərin şahidi olacağıq”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm