İranda ssenarist həbs edilib
Bizi izləyin

Dünya

İranda ssenarist həbs edilib

İranda dövlət televiziyasında çalışmış ssenarist və prodüsser Mustafa Əzizi həbs edilib.

Publika.az-ın məlumatına görə, ssenarist iki ay əvvəl həbs edilsə də, məlumat ötən gün yayılıb. Məlumata görə, 2010-cu ildə Kanadaya mühacirət etmiş Mustafa Əzizi qohumlarına baş çəkmək üçün fevralın 1-də İrana gələn zaman saxlanılıb. Onun barəsində İranın ali lideri Ayətullah Xamneyini təhqir etmək və islam dininə qarşı anti-təbliğat aparmaqla bağlı ittiham irəli sürülüb. Bu ittihamlara hansı əməllərin səbəb olması isə bəlli deyil.

Mustafa Əzizinin oğlu jurnalist Araş Əzizi öz facebook səhifəsində atasının fiziki və psixoloji durumunun yaxşı olduğunu və həbsxanada ona qarşı hər hansı təhqiredici və ya alçaldıcı davranış olmadığını yazıb.

İrah hökuməti isə sözügedən həbslə bağlı hər hansı rəsmi açıqlama verməkdən imtina edir. ​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm