Dünya
Özbəkistanda prezident seçkiləri başa çatdı
Martın 29-da Özbəkistanda növbəti prezident seçkiləri
keçirilib.
Seçkilərdə ölkədəki bütün siyasi partiyaları təmsil edən dörd
namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı
- Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam
Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov,
Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və
“Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovdur.
Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek
Abdusalamov bildirib ki, qanunvericiliyə uyğun olaraq, respublika
üzrə 14 dairə və 9 mindən yuxarı seçki məntəqəsi, xarici ölkələrdə
isə 44 məntəqə fəaliyyət göstərib. Seçkiləri 43 ölkədən və beş
beynəlxalq təşkilatdan 300-dən artıq müşahidəçi izləyib.
Komissiya sədri deyib ki, seçki siyahılarına səsvermə hüququ olan
20 milyon 798 min 52 seçicinin adı salınıb. Onların 18 milyon 928
min nəfəri səs verib. Bu da seçicilərin 91 faizini təşkil edir. Bu,
o deməkdir ki, seçkilər baş tutub.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti Səmərqənd
şəhərində səsvermə prosesinin gedişini izləyiblər.
Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının tərkibində
Azərbaycandan olan digər müşahidəçilər də seçkiləri izləyiblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR