Rusiyada “Hizbut –Təhrir” terror qrupunun liderləri ələ keçib
Bizi izləyin

Dünya

Rusiyada “Hizbut –Təhrir” terror qrupunun liderləri ələ keçib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburq şəhərində “Hizbut-Təhrir əl-İslami” qruplaşmasının liderlərini saxlayıb.

Publika.az “lifenews.ru” saytına istinadən xəbər verir ki, qruplaşmanın rəhbərləri “Əl-Qaidə” terror təşkilatı üçün muzdluları toplamaqda ittiham edilir.

Hələ 2014-cü ilin may ayında FTX Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində “Hizbut-Təhrir əl-İslami” qruplaşmasına qarşı əməliyyatlara başlayıb. İstintaq tədbirləri və həbslər bütün il ərzində aparılıb. Ancaq qruplaşmasının rəhbərlərini saxlamaq indiyə kimi mümkün olmurdu.

“Hizbut-Təhrir əl-İslami”in əsası 1953-cü ildə Fələstində qoyulub. Qruplaşmanın bir neçə beynəlxalq terror təşkilatı ilə əlaqələrinin olduğu bildirilir. Rusiyada 2003-cü ilin fevral ayında qruplaşmanın fəaliyyəti qadağan edilib. Həmin vaxtdan Tatarıstan, Başqırdıstan, Kurqansk və Çelyabinskdə “Hizbut-Təhrir əl-İslami”in üzvü olduğu iddia olunan 31 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm