Yeni 11 sentyabrın bir addımlığında – TERROR
Bizi izləyin

Dünya

Yeni 11 sentyabrın bir addımlığında – TERROR

ABŞ-ın Nyu-York şəhərində iki qadın terror hücumu hazırlığında ittiham olunaraq saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Noelle Velentzas (28) və Asiya Siddiqui (31) adlı iki qadın Boston Marafonunda törədilən terror aktına bənzər genişmiqyaslı hücuma hazırlaşıb.

Axtarışlar zamanı şübhəlilərin evində kustar üsulla hazırlanan bombalar, həmçinin bomba istehsalını öyrədən mətnlər və görüntülər ələ keçirilib. Şübhəlilərin “Əl-Qaidə” kimi təşkilatlarla əlaqəsi olduğu iddia edilir.

Günahı sübuta yetirilərsə, qadınları ömürlük həbs cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm