Dünya
2050-ci ildə müsəlmanlarla xristianların sayı bərabərləşəcək
Hazırda tərəfdarlarının sayına görə Xristianlıq dünyanın
aparıcı dini olsa da, İslam ona çatmaq üzrədir.
Hazırkı tendensiyanın davam edəcəyi təqdirdə 2050-ci ildə Yer
kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı
bərabərləşəcək. 2070-ci ildə isə İslam dünyanın aparıcı dininə
çevriləcək. Belə bir proqnoz Vaşinqtonun Pyu adına tədqiqat
mərkəzinin profil bölməsinin məruzəsində yer alıb.
Sənəddə qeyd olunur ki, 2010-cu ildə dünyada 2,2 milyard
xristian qeydə alınıb. Bu da ümumi əhalinin 31 faizini təşkil edib.
Həmin il müsəlmanların sayı isə 1,6 milyard (23 faiz) olub. Buna
baxmayaraq, İslam dininin nümayəndələri planetimizin demoqrafik
göstəricilərinə görə daha dinamik artan regionlarında yaşayırlar.
Amerikalı mütəxəssislərin hesablarına əsasən, 2050-ci ildə Yer
kürəsində yaşayacaq 9,3 milyard əhalidən 2,8 milyardı müsəlman, 2,9
milyardı isə xristian olacaq. Həmin dövrdə xristianların 40 faizi
Afrikada Saxaradan cənubda yaşayan əhalinin payına düşəcək.
Avropada miqrasiya hesabına müsəlmanların sayı ümumi əhalinin 10
faizini təşkil edəcək. Hətta Böyük Britaniya, Niderland, Fransa
kimi bəzi ölkələrdə xristianlar say baxımdan üstünlüyü itirəcəklər.
ABŞ-da isə İslam Yəhudiliyi qabaqlayaraq Xristianlıqdan sonra
tərəfdarlarının sayına görə ikinci yeri tutacaq.
Yaxın 40 ildə dünyanın ən iri dinləri arasında yalnız buddizmdə
artım gözlənilmir. Belə ki, dindarlar arasında ən aşağı doğum
səviyyəsi məhz bu dinin nümayəndələrində müşahidə edilir. Onlarda
hər qadına 1,6 yeni doğulmuş uşaq düşdüyü halda, müsəlman və
xristianlarda bu göstərici müvafiq olaraq 3,1 və 2,7-dir.
Maraqlıdır ki, Vaşinqton tədqiqatçılarının proqnozlarına görə,
ABŞ və Fransa da daxil olmaqla bəzi ölkələrdə ateistlər,
aqnostiklər və özünü heç bir dinə mənsub saymayan insanlar çoxalsa
da, dünyada onların ümumi sayı azalacaq.
Qeyd edək ki, yeni məruzə amerikalı protestantların və
katoliklərin bayram etməyə hazırlaşdıqları Pasxa ərəfəsində dərc
olunub.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO