Ermənistan boşalıb: əhalinin 30 faizi ölkədən kənarda yaşayır
Bizi izləyin

Dünya

Ermənistan boşalıb: əhalinin 30 faizi ölkədən kənarda yaşayır

Ermənistanda qeydiyyatda olan insanların 28,75 faizi ölkədən kənarda yaşayır. Bu məlumat Ermənistanın dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzədə yer alıb.


Məruzədə bildirilir ki, bunun əsas səbəbi ölkədə işsizliyin artması, maaşların verilməməsi, ərzaq və ilkin tələbat mallarının qiymətinin həddindən artıq yüksək olması ilə bağlıdır.


Parlamentdə 2015-ci il üçün iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət proqramı müzakirə olunarkən Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, ölkədə ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur. Həmçinin Sarkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar. Son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 250 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır. Bu isə əhalinin haqlı narazılığına səbəb olub.


AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm