Prokurora ölüm hökmü verən şəxsi prezident əfv edibmiş
Bizi izləyin

Dünya

Prokurora ölüm hökmü verən şəxsi prezident əfv edibmiş

Türkiyədə terrorçulara “prokuror Məhmət Səlim Kirazı öldür” əmrini verən DHKP-C təşkilatının lideri Hüseyn Fevzi Təkinin illər öncə həbsxanada olarkən əfv edildiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, Fevzi Təkin 2003-ci ildə həbsxanada olarkən aclıq aksiyası keçirib və xəstəliyə tutulub. Ayaqda dura bilməyəcək qədər xəstə olduğu üçün dövrün prezidenti Əhməd Necdət Sezər tərəfindən əfv edilib.

Qeyd edək ki, martın 31-də DHKP-C təşkilatının iki üzvü İstanbulun Ədliyyə binasına hücum edərək prokuror Məhmət Səlim Kirazı öldürüb. Onların “öldür” əmrini təşkilatın Yunanıstanda olan lideri Hüseyn Fevzi Təkindən aldıqları məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm