İlkər Başbuğ: "Türkiyədə təhlükəsizlik sahəsində problem var"
Bizi izləyin

Dünya

İlkər Başbuğ: "Türkiyədə təhlükəsizlik sahəsində problem var"

Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ Türkiyədə kəşfiyyat və təhlükəsizlik sahəsində problemlərin olduğunu deyib.

Başbuğ Edirnə vilayətində yeni yazdığı “İttihamlara qarşı həqiqətlər” adlı kitabını təqdim edib. Təqdimat mərasimində çıxışı zamanı sabiq ordu generalı hazırda ölkəsində yaşanan hadisələrə münasibət bildirib.

“Türkiyə seçkilər ərəfəsindədir. Seçkilər demokratik ölkədə bayram kimi qeyd olunmalıdır. Sanki kimsə bu ərəfədə ölkədə xaos yaratmağa çalışır. Bu hadisələr bizi məyus edir. Keçən həftə ərzində ölkədə yaşanan hadisələrlə əlaqədar mən də böyük narahatlıq içindəyəm”.

Başbuğ iyunun 7-də ölkədə keçiriləcək ümumi seçkilərdə vətəndaşları vicdanlı seçim etməyə çağırıb.

Xatırladaq ki, Başbuğ 2012-ci ildə terror təşkilatı yaratmaqda və dövlət çevrilişinə cəhddə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmişdi. 2 il 2 ay həbsdə qaldıqdan sonra ona qarşı səsləndirilən ittihamlar ləğv olundu və Başbuğ azad edildi. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm