Çiprasın Moskva sərgüzəştləri: “Siyasi teatr”, yoxsa real alternativ?
Bizi izləyin

Dünya

Çiprasın Moskva sərgüzəştləri: “Siyasi teatr”, yoxsa real alternativ?

Yunanıstanın baş naziri Aleksis Çiprasın Rusiya prezidenti Vladimir Putinlə görüşü öncəsi Avropa siyasətçilərində birmənalı olmayan fikirlər formalaşıb.

Publika.az xəbər verir ki, avropalı siyasətçilər yunan nazirin “xəyanət” edəcəyindən şübhələnirlər.

Rusiya prezidenti ilə Yunanıstanın baş nazirinin görüşünün aprelin 8-də Moskvada baş tutacağı gözlənilir. Almanmiyanın “Sueddeutsche Zeitung” qəzetinin yazdığına görə, Avropa Parlamentinin sədri Martin Şults Afinanı Rusiya ilə bağlanacaq sazişlərlə Yunanıstanı Moskvaya tərəf itələməməyə çağırıb. Almaniya buntestaqının Avropa işləri üzrə komitəsinin sədri Hünter Krixbaum qeyd edib ki, Avropa Birliyinin köməyinə bel bağlayan Yunanıstan kompası, Brüsselə baxmalıdır, Moskvaya deyil.

Məlumata görə, Çipras Moskvada Putinlə Yunanıstanın kənd təsərrüfatı məhsullarına qoyulan embarqonun zəiflədilməsi məsələsini müzakirə edəcək. Ötən il Yunanıstanda Rusiya bazarı üçün nəzərdə tutulan böyük miqdarda çiyələk və şaftalı çürüyüb. Yunanıstan 2013-cü ildə Rusiyaya 180 milyon avro dəyərində meyvə ixrac etmişdi. Beləliklə, Yunanıstan istədiyinə nail olarsa, Rusiyanın embarqosundan xilas olan Avropa Birliyinin ilk ölkəsi olacaq.

“Bloomberg” agentliyi Rusiya hökumətindəki mənbələrə istinadən yazıb kii, Rusiyanın Yunanıstan barəsində məhdudlaşdırıcı ölçüləri həqiqətən də zəiflədilə bilər. Danışıqlarda həmçinin enerji təchizatı müzakirə olunacaq. Söhbət hazırda artıq Türkiyə ilə razılaşdırılan “Türx axını” qaz kəməri layihəsinə Afinanın dəstəyindən gedir. Bundan başqa, danışıqlarda müflisliyin bir addımlığında olan Yunanıstana maliyyə yardımı müzakirə ediləcək. “Əgər Yunanıstan Rusiyadan kredit ala bilsə, o halda maliyyə köməyi üzrə Avropanın proqramı şübhə altına düşə bilər", - “Bloomberg” yazıb.

Artıq bu həftə Afina Beynəlxalq Valyuta Fonduna 450 milyon avro ödəməlidir. Ötən həftə Yunanıstanın maliyyə naziri Dimitris Mardas əmin edib ki, ödəmə ediləcək. Çiprasın özü də Moskvaya səfəri ərəfəsində bildirib ki, Rusiyada kredit üçün xahiş etməyə hazırlaşmır. Ancaq “Bloomberg”in fikrincə, yunan baş nazirin Moskvaya səfəri Avropa Birliyinə siqnal xarakteri daşıyır: Yunanıstanda alternativ var.

Daha əvvəl şəxsi mənbələrə istinadən “Bloomberg” agentliyi bildirib ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Moskva və Afina arasındakı danışıqları “siyasi teatr” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm