Rus hakerlər Obamanın proqramlarını ələ keçirdilər
Bizi izləyin

Dünya

Rus hakerlər Obamanın proqramlarını ələ keçirdilər

Rusiyalı hakerlər Ağ Evin kompüter sisteminə daxil olaraq bəzi məlumatları əldə ediblər.

Publika.az xəbər verir ki, CNN telekanalı ələ keçirilən sənədlər arasında prezident Barak Obamanın gündəlik proqramlarının da olduğunu bildirib.

CNN rus hakerlərin Ağ Evin bəzi kompüterlərini “hack”ladığını iddia etsə də, Ağ Ev hadisənin ötən il baş verdiyini və bunun mətbuata da açıqlandığını bildirib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçülərindən olan Mark Stroh ötən il gizli məlumatların olmadığı bəzi kompüterlərə kiber hücumlarının olduğunu etiraf edib.

Telekanal iddia edir ki, Rusiyadan işləyən hakerlər əvvəlcə ABŞ Xarici İşlər Nazirliyinin kompüter şəbəkələrinə daxil olub, oradan isə Ağ Evin kompüter sisteminə keçid imkanı əldə ediblər.

CNN-ə danışan Ağ Evin milli təhlükəsizlik məsləhətçisinin köməkçisi Ben Rodes Ağ Evin gizli məlumatlarının yer aldığı sistemlərə hücumların olmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm