Dünyada ən bəxtəvər insan
Bizi izləyin

Dünya

Dünyada ən bəxtəvər insan

Dünyada ən bəxtəvər insan

Dünyada ən bəxtəvər insan Frane Selak 84 yaşında təqaüdçü bir musiqi müəllimidir.

Xorvatiyada yaşayır. Tam 7 fəlakətdən xilas olub.

1962-ci ildə Saraybosnadan Dubronikə gedən qatara mindi. Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü. Buz kimi suda 17 adam boğuldu. Selakın qolu qırıldı, amma xilas oldu.

1963-cü ildə Zagrebdə DC-8 tipi bir təyyarəyə mindi. Təyyarə havadaykən qapısı açıldı və Selak aşağı düşən 20 adamdan biriydi. Qəzada 19 adam öldü! Selak saman yığınına düşdüyü üçün yaralı olaraq xilas oldu.

1966-cü ildə mindiyi avtobus çaya düşdü. 4 nəfər öldü, o, bir neçə sıyrıqla xilas oldu.

1970-ci ildə avtomobiliylə gedərkən mühərrik alov aldı. Özünü çölə atdı, maşını partladı. 1973-cü ildə avtomobilində meydana gələn partlamada saçlarının bir hissəsini itirdi.

1995-cü ildə Zagreb küçələrində avtobus onu vurdu, amma yüngül xəsarət aldı. 1996-cü ildə avtomobilıi bir döngədə Birləşmiş Millətlərə aid yük maşını ilə qəzaya uğradı. Skoda marka avtomobiliylə uçuruma uçdu. O, bir ağacın üstünə düşdü, avtomobili yandı. Nəhayət, 2003-cü ildə Frane Selak lotereyada 1,000,000 dollar uddu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm