Yanukoviçə qarşı yeni ittiham irəli sürüldü
Bizi izləyin

Dünya

Yanukoviçə qarşı yeni ittiham irəli sürüldü

Ukraynanın Təhlükəsizlik Xidməti ölkənin sabiq prezidenti Viktor Yanukoviç və Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı cinayət işi açıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya bildirib.

Sabiq prezident hakimlər xidməti vəzifəsindən sui-istifadə edərək (Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi) 2010-cu ildə qeyri-qanuni Konstitusiyaya dəyişiklikləri tətbiq etməkdə ittiham olunur. Yelena Qitlyanskaya dəqiqləşdirib ki, cinayət işi hakimiyyətin qəsb edilməsi ilə bağlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm