Senatdan striptizə getdi - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Senatdan striptizə getdi - VİDEO, FOTO

Kanada Senatının üzvü Patrik Breze dövlət vəsaitindən şəxsi məqsədlər üçün istifadə etdiyinə görə, cəzalanmışdı. Ötən ilin noyabr ayında o, senator səlahiyyətlərinin dondurulması cəzasına məruz qalıb.


Kanada Mühafizəkarlar Partiyasının üzvü, 42 yaşlı siyasətçi bundan sonra bir müddət Halifaks şəhərindəki "Frank Magazine" jurnalında ştatdankənar müxbir kimi işlədi. O, senator qismində getdiyi Senata bu dəfə jurnalist kimi yollanmaq istəyirdi.


Lakin Senatın Media Akreditasiya Bürosu P.Brezenin müraciətini rədd etdi və sabiq senator işsiz qaldı.

Səlahiyyətdərinin dondurulmasına rəğmən, hələ də qanuna görə senator sayılan Patrik Breze indi Kanadanın paytaxtı Ottavada, parlamentin binasının yaxınlığındakı "BareFax Gentlemens" gecə klubunda menecer işləyir.


Bu klub əslində striptiz göstərilən yerdir. Bazar ertəsi işə başlamış senatorun klubda 30 əməkdaşı var.


Klubun sahibinin qızı Karmelina Bentivolyonun dediyinə görə, Brezenin "yaxşı menecer olacağını" düşünür./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm