Dünya
İslamçıların kiberhücumları çoxalıb
AFR-in Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin başçısı Hans-Georq Masen “Reuters” informasiya agentliyinə müsahibəsində bildirib ki, islamçıların kiberhücumları yeni səviyyəyə çıxıb.
H.G.Masen deyib: “Hətta Fransanın “TV5 Monde” telekanalına haker hücumlarının arxasında kimin dayanması hələ dəqiq müəyyən olunmasa da, “burada virtual mübarizənin yeni keyfiyyətini görmək olar”.
H.G.Masen fikrinə aydınlıq gətirərək bildirib ki, Avropada
cihadçıların kibercinayəti indiyə qədər, əsasən, məqsədyönlü güclü
hücumlar, yaxud saytlar ilə manipulyasiya etmək ilə məhdudlaşıb.
“TV5 Monde”yə haker hücumundan danısan Masen onu “demokratik
KİV-lərə qarşı aqressiv güc nümayişi adlandırıb”.
İnformasiya Texnikası sahəsində Federal Təhlükəsizlik İdarəsinin
vitse-prezidenti (BSI) Andreas Könen Fransa telekanalındakı
hadisənin Almaniyada belə hücumlara yol açacağından
ehtiyatlandığını bildirib. O, “ARD” telekanalının efirində
müdafiənin yaxşılaşdırılmasına, xüsusən, su və elektrik təchizatı
kimi infrastrukturların müdafiəsinin yaxşılaşdırılmasına tələbat
olduğunu bildirib, çünki kompyuterlər tərəfindən idarə olunan
texnika məhz həmin infrastrukturlarda tətbiq edilir.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO