Hatton Garden oğurluğu kameralara düşüb
Bizi izləyin

Dünya

Hatton Garden oğurluğu kameralara düşüb

Londonun məşhur zərgərlik məhəlləsində baş verən oğurluq anlarının müşahidə kameralarına düşdüyü güman edilir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, ötən həftə “Hatton Garden Safe Deposit” şirkəti soyularkən 300 milyon dollar dəyərində ləl-cəvahirat və nəğd pulun aparıldığı bildirilir.

Britaniyanın Daily Mirror nəşrinə əsasən görüntüdə inşaatçı geyimlərindəki şəxslər zibil qutularını binaya çıxarırlar. Həmin qutularla binaya depozitlərin yarılması üçün istifadə edilmiş avadanlığın keçirildiyi təxmin olunur.

Polis oğurluğun bazar günü baş verdiyini güman edir. Hərçənd ki, işin üstü çərşənbə axşamı açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm