Poroşenko ruslara söz verdi
Bizi izləyin

Dünya

Poroşenko ruslara söz verdi

Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalılar üçün Ukrayna pasportunun alınmasını sadələşdirəcəyinə söz verib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu barədə Pasxa münasibəti ilə keçirilən mərasimdə deyib.

“Vətəndaşlığın verilməsinin indiki prosedurları mənə bunu etməyə icazə vermir. Amma mən qanuna dəyişikliklər edəcəyəm ki, Ukrayna ilə bağlı mövqeyinə görə ölkəsində təqib olunan rusiyalılara siyasi sığınacaq vermək imkanına malik olaq. Mən bu proseduru sadələşdirəcəyəm”, - prezident Poroşenko söz verib.

Ukraynanın Miqrasiya məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda Ukraynadan sığınacaq olmaq üçün Rusiyanın təxminən dörd yüz vətəndaşı müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm