Dünya
Nobel mükafatçısı 87 yaşında dünyasını dəyişdi
Tanınmış yazıçı, 1999-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur “Dəmir baraban”ın müəllifi Qyunter Qras bu gün Almaniyanın Lyubek şəhərində 87 yaşında dünyasını dəyişib.
1927-ci ildə Polşada dünyaya gələn Qras yeniyetmə olmasına baxmayaraq, İkinci Dünya müharibəsində yaxından iştirak edib. Müharibədən sonra amerikalıların hərbi əsir düşərgəsinə düşmüş Qras öz istedadını tədricən ədəbiyyat sahəsində sınamağa başlayıb. İncəsənət sahəsində gücünü sınayan Qras bir sıra şeirlər, pyeslər yazıb.
O, beynəlxalq sahədə “Dəmir baraban” əsərini yazdıqdan sonra yazıçı kimi tanınmağa başladı. O, ötən ilə qədər yaradıcılıqla məşğul oldu. 2014-cü ildə 86 yaşı tamam olan yazıçı budan sonra heç bir əsər yazmayacağını bəyan etdi.
O, İsraildə arzuolunmaz şəxs elan olunmuşdu. İsrailin daxili işlər naziri Eli İşay yazıçının bir zamanlar SS forması geydiyini xatırladaraq Nobel mükafatı laureatını köhnə, zərərli ideyalardan əl çəkməməkdə ittiham etmişdi.
Anar Tağıyev
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO