“Moldova Maydanı” ssenarisi hazırlanır - İddia
Bizi izləyin

Dünya

“Moldova Maydanı” ssenarisi hazırlanır - İddia

“Rumınıya Maydan hadisələrini Kişnyovda təkrarlamaq üçün hazırlıq görür”

“Rumınıya Maydan hadisələrini Kişnyovda təkrarlamaq üçün hazırlıq görür”.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal “Nezavisimaya qazeta”ya danışıb.

“Trayan Besesku Kiyev hadisələrində zərər çəkən “Berkut” əməkdaşlarını ölkəsində istirahət etməyə və müalicə almağa dəvət edib. Biz onların payızda keçiriləcək parlament seçkilər zamanı fəallaşacağından ehtiyat edirik”, - M.Formuzal deyib.

Dünən Qaqauziyada bütün səviyyələrdən olan deputatların qurultayında muxtariyyətin xarici siyasət kursunda prioritetin Gömrük Şurası olduğu təsdiqlənib. Qurultayda həmçinin, Rumıniya prezidenti T.Beseskunun Moldova ərazisinə girişinə qadağa qoyulması tələb olunub. Qaqauziya Xalq Məclisinin spikeri Dmitri Konstantinov Beseskunun Rumınıya ilə Moldovanın birləşdirilməsi ilə bağlı fikirlərindən qaqauzların bezdiyini söyləyib.

Qeyd edək ki, T.Besesku “İki Rumıniya"nın yenidən birləşdirilməsi ideyası ilə məşhurdur. Ancaq onun bu ideyasını Qaqauziya muxtariyyəti qəbul etmir. Muxtariyyət 2 fevral tarixində keçirdiyi referendumun nəticələri ilə həm Buxarest, həm də Kişnyova qarşı çıxdı. Referendumda qoyulan suallardan biri bu idi ki, qaqauzlar Moldovanın Avropa İttifaqı, yoxsa Gömrük Şurası ilə birləşməsini istəyirlər. Qaqauzların əksəriyyəti Gömrük Şurasını seçmişdilər. İkinci sual isə muxtariyyətin status ilə bağlı idi. Nəticə isə bu oldu ki, Moldova statusunu dəyişdirəcəyi halda, qaqauzlar öz taleyini müəyyənləşdirəcək. Qurultay referendumun nəticələrini təsdiq etdi.

“Bu, Kişnyovun xoşuna gəlmədi. Məlumdur ki, mərkəzi hakimiyyət bu yay Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalamağa hazırlaşır. Buna isə qaqauzlar və kommunistlər qarşı çıxır. Hansı ki, onların noyabr ayında keçiriləcək parlament seçkilərini udmaq şansı var. Çünki, bu gün əhalinin əksəriyyəti onları dəstəkləyir. Qaqauziya avrointeqrasiyanın əleyhdarlarına qarşı Rumınıya tərəfindən təzyiqlərin göstəriləcəyini istisna etmir”, - “Nezavisimaya gazeta” qeyd edir.

M.Formuzal da Rumınıyanın Maydan hadisələrini Moldovada təkrarlaya biləcəyindən ehtiyat edir:“Trayan Besesku “Berkut” döyüşçülərini müalicə almaq və istirahət etmək üçün Rumıniyaya dəvət etdi. Amma onlardan parlament seçkiləri zamanı bizə qarşı istifadə, Moldova Maydanının təşkil edilə biləcəyindən ehtiyat edirik”.

Bu günlərdə Qaqauziyada olan Avropa İttifaqının istisadi və social siyasət komitəsinin sədri Anri Malos bildirib ki, Avropa İttifaqı strukturları Rumıniyadan Moldova Respublikasının müstəqilliyi və sərhədlərin toxunulmazlığına zəmanət tələb edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm