Ərdoğanın istefası tələb olundu - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanın istefası tələb olundu - VİDEO

Xəbər verildiyi kimi, dünən Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında telefon danışığının olduğu iddia edilən bir lent yazısı internetdə yayıldı. Telefon danışığının 17 Dekabr əməliyyatın keçirildiyi günə təsadüf etdiyi bildirilir. Ancaq sosial şəbəkədə geniş yayılan bu lent yazısı ilə bağlı hökumət açıqlama verib.

“Baş nazirimiz cənab Rəcəb Təyyib Ərdoğan ilə oğlu arasında telefon danışığı olduğu iddia edilən, bu axşam internetdə yayılmış lent yazısı əxlaqsızca edilmiş bir montajdır. Bu lentin gerçəkliklə əlaqəsi yoxdur”,- açıqlamada vurğulanıb. Müxalifət isə lent yazısınınn gerçək olduğunu iddia edərək baş nazirə qarşı hücuma keçib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı Cümhuriyyət Xalq Partiyası (CXP) fövqəladə toplantı keçirib.

Gecə saatlarında başlayan toplantıda Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinin istefası tələbi ilə bağlı qərar qəbul edilib. Toplantının davam etdiyi bir vaxtda jurnalistlərin qarşısına çıxan CXP sədrinin köməkçisi və partiya sözçüsü Haluk Koç “Bu saatdan sonra Türkiyəni çirkli işlərin mərkəzində olan bir adam idarə edə bilməz. Ərdoğanın başçılıq etdiyi hökumət artıq etibarını itirib. Oğurluq və rüşvət hadisələrinin altında əzilən bir baş nazir istefa vermək məcburiyyətindədir” deyib.

CXP sədri Kamal Kılıçdaroğlu isə partiyanın fövqəladə toplantısından əvvəl “Tvitter”dəki səhifəsində “İnsanların problemlərini dinləmək əvəzinə onların telefon danışıqlarını dinləyən AKP yaratmaq istədiyi qorxu imperatorluğunda boğulacaq” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm