Cəmil Çiçək qanunsuz dinləmələrdən danışdı
Bizi izləyin

Dünya

Cəmil Çiçək qanunsuz dinləmələrdən danışdı

Türkiyə Böyük Millət Məclisinin ( TBMM) sədri Cəmil Çiçək ölkəsini silkələyən, baş nazir Rəcəb Tayyib Ərdoğanın və oğlu Bilalın gizli yazılmış səs yazısı olduğu bildirilən audioyazı ilə bağlı açıqlama verib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, parlament sədri deyib: "Bu dinləmələr əvvəla qanunsuz dinləmələrdir. Bu ölkədə sülh olacaqsa, dinclik olacaqsa, ictimai qayda təsis ediləcəksə və sürdürülecəksə hər kəsin qanunlara uyğun hərəkət etməsi lazımdır".

Cəmil Çiçək RTÜK-ün bu günə qədər bu mövzularla əlaqədar çox sayda televiziyaları cəzalandıran qərarları olduğunu ifadə edərək deyib:

"Biz də ilk dəfə belə bir vəziyyətlə qarşılaşırıq. Hüquq baxımından da araşdırırıq. Biz hər kəsin fikirinə hörmət duyuruq. Amma diqqət etsəniz, mən gələrkən də baxdım, iki kanal xaricində işin bu qisimi olunca, hamısı yayımı kəsib".

Xatırladaq ki, hakimiyyət rəsmiləri nə qədər təkzib etsələr də, səs yazılarında baş nazirin oğlu ilə gerçəkdən də evdəki milyonların izini itirmək barədə telefonla danışmalarına inanlar çoxdur. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm