Saakaşvili baş naziri qətlə yetirib?
Bizi izləyin

Dünya

Saakaşvili baş naziri qətlə yetirib?

Saakaşvili baş naziri qətlə yetirib?

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkənin sabiq baş nazirini qətlə yetirməkdə günahlandırılır.

ANS PRESS-in məlumtına görə, Gürcüstan kütləvi informasi vasitələrində M. Sakaşvilinin ölkənin keçmiş baş naziri Zurab Jvanini qətlə yetirməsi ilə bağlı məlumatlar dərc olunub. Məlumatlarda qeyd olub ki, Saakaşvilinin baş naziri qətlə yetirməsi ilə bağlı Gürcüstan Prokurorluğunda araşdırmalar aparılıb və amma onların nəticələrinin gizli saxlanılır. Gürcüstan mətbuatı iddia edib ki, keçmiş baş nazirin qətli sabiq prezident Mixail Saakaşvilinin bilavasitə iştirakı həyata keçirilib.

Prokurorluqda olan gizli mənbələrin verdiyi məlumatlarda isə baş nazirin daxili işlər naziri Vano Merabişvili iştirakı Tiflisin ətrafında yerləşən bir ərazidə qətlə yetirildiyi qeyd olub. Gürcüstanın Baş Prokurorluğudan isə Zurab Jvaninin qətlinin hələ araşdırıldığını və istintaqın başa çatmadığını deyərək ittihamlara cavab veriblər.

Qeyd edək ki, Zurab Jvaniya 2003-2005-cü illər arasında Gürcüstanın baş naziri olub. 3 fevral 2005-ci il tarixində o, müəmmalı şəkildə qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm