Krım referendum tarixini təyin etdi - Yenilənmə
Bizi izləyin

Dünya

Krım referendum tarixini təyin etdi - Yenilənmə

V.Konstantinov Kiyevdə Krımı eşitmək istəmədiklərini dilə gətirib:

“Bu gün hakimiyyət sistemi iflas həddindədir, milis orqanları pozğunlaşıb. Bizi eşitmirlər, onlar öz işlərindədirlər. Onlar bizi daim separatizmdə ittiham edirlər. Krımlılarda belə bir təəssürat formalaşıb ki, onlar bizdən ayrılmaq, krımlılarla ünsiyyət saxlamamaq üçün hər şeyi etmək istəyirlər. Heç kim bizim müraciətlərimizi eşitmək istəmir. Buna reaksiya vermək lazımdır, bu Krım parlamentinin plenar iclasının əsas gündəliyidir”.

Son məlumatlara görə, Krım parlamentində referendumla bağlı qərar qəbul etmək mümkün olmayıb. Buna səbəb isə parlamentdə yetərsayın təmin olunmamasıdır.

Bir çox deputatların isə parlament yetərsayının təmin olunmamas

ı üçün iclasa gəlmədiyi bildirilir. Onlardan biri də Krım parlamentinin deputatı və yerli Tatar Məclisinin sədri Refat Çubarovdur.

“Əgər onlarda yetərsay olsaydı, bu Krımın zorla Ukraynadan qoprdılması planını reallaşdırmaq yolunda birinci addım olardı”, - R.Cubarov söyləyib.

Ömər Dağlı

17.39

Krım Muxtar Respublikasının parlamenti 25 May tarixində referendumun keçirilməsi ilə bağlı qərar verəcək.Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlament sədri Vladimir Konstantinov bildirib.

Parlament sədri qeyd edib ki, referenduma muxtar respublikanın səlahiyyətlərinin genişləndirilməsi məsələsi çıxarılacaq. O, vurğulayıb ki, Ukrayna və Krımda baş verən hadisələrə baxmayaraq, parlament işini davam etdirir:“Vəziyyət gərgin olaraq qalır. Dünən radikal qruplar parlamentin növbədənkənar iclasının keçirilməsinə imkan vermədilər. Bu gün isə bütün maneələrə baxmayaraq, parlamentin növbədənkənar iclasını təşkil etdim. İclasda muxtariyyətlə bağlı ən aktual məsələləri müzakirə edəcəyik”.

Krım parlamentinin referendumu 25 May tarixinə təyin etmək istəyi isə təsadüf sayıla bilməz. Xatırladaq ki, həmin günə həm də Ukraynada növbədənkənar prezident seçkiləri təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm