Yanukoviç: "Xaricdə mülkiyyətim və hesabım yoxdur"
Bizi izləyin

Dünya

Yanukoviç: "Xaricdə mülkiyyətim və hesabım yoxdur"

Hazırda Ukraynada cərəyan edən hadisələrin ssenarisini ölkə hüdudlarından kənarda yazıblar.

Hazırda Ukraynada cərəyan edən hadisələrin ssenarisini ölkə hüdudlarından kənarda yazıblar.

Bunu Rostov-na-Donuda mətbuat konfransı keçirən Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç deyib.


O bildirib ki, vaxt gələcək və haqq-ədalət öz yerini tapacaq. Təəssüf ki, hazırda silahlıların və bu qanlı ssenarinin müəlliflərinin iştirakı ilə qorxulu teatrlaşdırılmış tamaşa göstərilir".

V.Yanukoviç aksiya iştirakçılarına silah tətbiq edilməsinə dair milis işçilərinə əmr vermədiyini bildirib: "Bildiyiniz kimi, milis işçiləri son anadək silahsız olublar. Lakin milislərin həyatı üçün təhlükə yarandığına görə onlar silahlanmağa başladılar".

O, Ukraynadakı böhran vəziyyətin nizamlanması haqqında sazişin qarantı qismində çıxış edən Qərb nümayəndələri ilə əlaqə saxlamadığını deyib: "Bununla belə, məsələ hələ də gündəmdədir. Görüşüb bu məsələni müzakirə etmək lazımdır".

V.Yanukoviç qeyd edib ki, xaricdə heç vaxt mülkiyyəti olmayıb: "Xaricdə heç vaxt mülkiyyətim və hesabım olmayıb. Bunlar cəfəngiyatdır". /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm