Davudoğlu Ukraynanın yeni rəhbərliyi ilə görüşdü
Bizi izləyin

Dünya

Davudoğlu Ukraynanın yeni rəhbərliyi ilə görüşdü

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya səfəri çərçivəsində bu gün ölkə prezidentinin səlahiyyətlərini yerinə yetirən parlament spikeri Aleksandr Turçinovla görüşüb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya səfəri çərçivəsində bu gün ölkə prezidentinin səlahiyyətlərini yerinə yetirən parlament spikeri Aleksandr Turçinovla görüşüb.

Musavat.com-un Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, görüşdə Krım-Tatar Məclisinin keçmiş sədri, Ali Radanın deputatı Mustafa Cəmil Krımoğlu da iştirak edib.

Turçinov ölkəsinin ağır mərhələ yaşadığını və rəsmi Ankaranın Ukrayna dövlətinə münasibətdə yürütdüyü siyasətə dəyər verdiyini söyləyib.

İki günlük səfər müddətində Türkiyə XİN-in başçısının Ukraynanın baş naziri və xarici işlər naziri ilə, həmçinin hökumətə daxil olan siyasi qüvvələrin təmsilçiləri ilə də təması nəzərdə tutulub.

Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı və dəfələrlə bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm