Dünya
Orta məktəb şagirdi müəllimi öldürdü
İspaniyanın Barselona şəhərindəki məktəblərin birində 13 yaşlı şagird tatar yayı və qədimdə Okinava adasında döyüş zamanı istifadə olunan orağa bənzər kama adlı silahla bir müəllimi qətlə yetirib.
Publika.az-ın məlumatına görə, hadisə zamanı 4 nəfərin də yaralandığı bildirilir. Məlumatda bildirilir ki, aprelin 20-də 13 yaşlı orta məktəb şagirdi sinifdə İspan dili müəlliminə əvvəlcə tatar yayından ox atıb, sonra isə ona kama ilə hücum edib.
Kataloniya polisinin və hadisə şahidlərinin sözlərinə görə, bu
zaman köməyə gələn digər müəllimlər də hücuma məruz qalıblar.
Bundan sonra başqa sinfə girərək şagirdlərdən birinə hücum edən 13
yaşlı qatil tutularaq polisə təhvil verilib.
Sinəsindən yara alan müəllimlərdən birinin həyatını itirdiyi, digər
yaralananların isə vəziyyətlərinin təhlükəli olmadığı
bildirilir.
Psixoloji problemləri olan şagird hadisədən bir neçə gün qabaq
sinif yoldaşlarına məktəbdəki bütün müəllimləri öldürəcəyini, daha
sonra isə intihar edəcəyini deyib.
Hadisədən sonra bəzi şagirdlərin əsəb sarsıntısı keçirdiyi,
bəzilərinin isə məktəbdən qaçdığı qeyd edilir.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO