“Son nasist” hakim qarşısına çıxır
Bizi izləyin

Dünya

“Son nasist” hakim qarşısına çıxır

“Son nasist” ləqəbli Oskar Gröning bu gün Almaniyanın Lüneburg şəhərində hakim qarşısına çıxacaq.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, onun Polşadakı Osventsim nasist ölüm düşərgəsində çalışdığı bildirilir.


Lakin 93 yaşlı Oscar Gröning “Heç kimi öldürmədim, orada mühasib idim” deyərək özünü müdafiə edir. Onun işlədiyi Osventsim ölüm düşərgəsində 1944-cü ilin may-iyul aylarında 425 min nəfər öldürülüb. Gröning bildirir ki, onun vəzifəsi ölüm düşərgəsinə gətirilən yəhudilərin qiymətli əşyaları, ləl-cəvahiratları və pullarını yığmaq, onları Berlinə göndərmək olub. Mütəxəssislərə görə, iyun ayında 94 yaşı tamam olacaq Gröningin mühakimə olunması simvolik xarakter daşıyır.


Qeyd olunur ki, keçmiş zabitin 70 il əvvəl işlətdiyi cinayətlərə görə aldığı cəzanı çəkməsi qeyri-mümkün olacaq. Buna onun sağlamlıq vəziyyətinin imkan verməyəcəyi bildirilir. Lakin müharibə cinayətlərini törədən nasistlərin məhkəmələr tərəfindən cəzalandırılması əxlaqi və hüquqi bir öhdəlik hesab edilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm