Poroşenkodan müharibə BƏYANATI
Bizi izləyin

Dünya

Poroşenkodan müharibə BƏYANATI

Əgər Ukranya əsgərləri Donbassda hücumlara məruz qalarsa, Kiyev həmin dəqiqə hərbi vəziyyəti elan edəcək.

ANS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama verib.

Prezident bildirib ki, hərbi vəziyyət əsgərlərin müdafiəsi üçün elan ediləcək.

"Biz sülhü qorumağa məcburuq. Amma Ukrayna ordusunun hərbçilərinə hücumlar edilərsə, biz əlimizdən gələni edəcəyik ki, hər bir əsgərimizi müdafiə edək. Dərhal ölkədə hərbi vəziyyət elan ediləcək", - deyə Poroşenko "Ukrayna" telekanalına müsahibəsi zamanı deyib.

Prezident bildirib ki, sözügedən məsələ ilə bağlı Ali Radaya müvafiq qanun layi8həsi təqdim edilib.

"Sizi inandırım ki, Ukrayna silahlı qüvvələrinin Ali baş komandanı kimi konkret zəmanət verirəm ki, minsk razılaşmasına riayət edəcəyik", - deyə Poroşenko bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm