Körfəzdə atışma: İran ABŞ gəmisini ələ keçirdi
Bizi izləyin

Dünya

Körfəzdə atışma: İran ABŞ gəmisini ələ keçirdi

İran ABŞ-a aid yük gəmisini müsadirə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl Arabiyya” kanalı məlumat yayıb.

Məlumata görə, 34 ekipaj üzvünün olduğu gəmi İranın cənubunda yerləşən Bender Abbas limanına aparılır. İran hərbi donanmasının ABŞ gəmisinə atəş açdığı bildirilir.

Kanal hadisə ilə bağlı detallı məlumat verməyib. ABŞ-ın Fars körfəzindəki 5-ci donanmasından isə hər hansı bir açıqlama verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm