Dünya
Bakıda Nepal haqqında qərar qəbul olunub - VİDEO
Asiya İnkişaf Bankının direktorlar şurasının Bakıda
keçirilən illik toplatısında Nepala təcili olaraq 200 milyon dollar
yardım ayırılmasına qərar verilib.
ANS TV-nin məlumatına görə, bankın prezidenti bəyan edib ki, bu
təşəbbüslə Yaponiya çıxış edib və bütün üzvlər də onu dəstəkləyib.
Tezliklə daha bir neçə milyon dolların Nepal hökumətinə verilməsi
nəzərdə tutulur.
Asiya İnkişaf Bankı bu yardımların davamlı olması üçün dünya
ictimaiyyətinə müraciət edib.
Nepalın maliyyə naziri Ram Şaran Mahat isə ölkəsinin bu fəlakətin
öhdəsində təkbaşına gələ bilməyəcəyini deyərək dünya ölkələrindən
yardım istəyib:
“Biz hökumət olaraq Milli Bərpa Fondu yaratmışıq. Artıq dövlət bura
200 milyon dollar vəsait yatırıb. Amma bu kifayət etmir. Zəlzələ
nəticəsində 300 min ev təsərrüfatı məhv olub. Biz ən azı iki ay
ərzində insanlara heç olmasa başlarının üzərində bir koma
tikməliyik. İndi insanların daha çox buna ehtiyacı var, çadır,
dərman, qida.
Biz Dünya Bankından, Çin, Hindistan kimi ölkələrdən yardım
istəyirik. Bu yardım kredit şəklində də ola bilər. Bizim ölkəmizin
kredit götürüb, onu qaytarmaqla bağlı müsbət təcrübəsi var".
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO