Ermənistan çökür: İrəvan ölkədən kənarda işləyənlərin puluna da göz dikdi
Bizi izləyin

Dünya

Ermənistan çökür: İrəvan ölkədən kənarda işləyənlərin puluna da göz dikdi

Ermənistan hökuməti xaricdə işləyən vətəndaşların gəlirinə də göz dikib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, hökumət ölkədəki işsizlik və dözülməz şəraitə görə Ermənistandan gedən şəxslərdən vergi almaq məqsədilə parlamentə yeni qanun layihəsi təqdim edib.

Layihəyə əsasən Rusiya ərazisində və digər ölkələrdə hər hansı iş icra edən şəxs Ermənistana 13 faiz həcmində gəlir vergisi ödəməlidir. Bu barədə sənədi parlamentə təqdim edən Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyan bildirib.

Layihənin müzakirəsi gərgin mübahisələrlə keçib. Bəzi millət vəkilləri Ermənistan hökumətini ölkədən mühacirətin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, belə sərsəm qanunlarla ölkədən kənarda mövsüm işlərinə getməyə məcbur olanların “boynuna vergi yükü” qoymaqda günahlandırıb.

"Bu, o deməkdir ki, işsiz qalan və vətəndən kənarda, əsasən Rusiya ərazisində Ermənistanda qalan ailələri üçün çörəkpulu qazanmağa məcbur olan yüz minlərlə Ermənistan vətəndaşı gəlirinin bir hissəsini də Ermənistan hökumətinə “bəxş etməlidir”, - qanun layihəsinin opponentləri deyib.

Millət vəkili, sabiq baş nazir Hrant Baqratyan deyib ki, bu kimi “çox ciddi” qanun layihəsini “başdansovma” qəbul etmək olmaz.

“Siz Avrasiya İqtisadi İttifaqa üzv olanda üzərinizə öhdəlik götürmüsünüz. Siz bunu nəzərə alırsınızmı? Rusiyadan soruşmusunuz? (...) Bir halda ki, artıq Aİİ üzvüyük, Novosibirsk və ya Rusiyanın başqa hər hansı bir yerində işləyənin orada vergisini ödəməsi faktı ilə barışmalıyıq”, - millət vəkili bəyan edib.

hrant_bagratyan

Rəsmi məlumatlara görə, Ermənistana xaricdən ildə 1,5 – 2 milyard dollar məbləğində pul köçürülür. Qeyri-rəsmi məlumatlara görə, bu məbləğ azı iki dəfə artıqdır.

Hrant Baqratyan deyib ki, əgər Ermənistan mənfəət əldə etmək istəyirsə, insanların ölkədən qaçmasının qarısı alınmalıdı. "Elə etmək lazımdı ki, onlar burda işləsin, burda da vergi versinlər”, - millət vəkili etiraz edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm